image-1backend

“Söküntü aparılan ərazidə qazsız qaldılar” – ŞİKAYƏT VİDEO

image-ads-728x90

Söküntü aparılan ərazidə qaz borusu çıxarılaraq yerə qoyulub. Ərazidə yaşayan sakinlərə  mavi yanacağın verilməsi isə dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi dalan 9 ünvanından gedir. Ərazidə yaşayanların sözlərinə görə 1 ayda çoxdur ki, qazla bağlı problem yaşayırlar.

Sakinlər deyirlər ki, gündüzlər ərazidə ümumiyyətlə qaz olmur. Axşamlar isə bəzən qaz verilsə də təzyiqi aşağı olur.

“Azəriqaz” İB-dən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ yerində araşdırlıb.

Qurumdan oda bildirildi ki, təhlükəsizlik gözlənilməklə təbii qaz təminatının bərpa edilməsi və sutka ərzində mütəmadi texniki baxış keçirməklə qazın verilməsi nəzarətdə saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki