Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.
Bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumsts görə, tələbələr universitetdən təxliyə edilirlər.
Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı AZXEBER.COM-a təsdiqləyib.
“Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq”.





















