image-1backend

SON DƏQİQƏ: İran ABŞ-a yeddi günlük plan təklif ETDİ

image-ads-728x90

İran ABŞ-yə Hörmüz boğazında gəmiçiliyin bərpası və iki ölkə arasında daha geniş danışıqların başlanması ilə bağlı yeddi günlük plan təklif edib.

Korrekt.az  “The Washington Post”a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran bununla bağlı təklifini ABŞ-yə vasitəçilər vasitəsilə çatdırıb.

Əraqçının sözlərinə görə, İran Hörmüz boğazında gəmiçiliyin bərpası və genişmiqyaslı münaqişəyə son qoyulması məqsədilə danışıqların yeddi gün ərzində yenidən başlamasını təklif edib.

İranlı nazir qeyd edib ki, hazırkı təklif tərəflərin iyun ayında razılaşdırdığı anlaşma memorandumuna bənzəyir. Təklifə əsasən, ABŞ danışıqların bərpası və Hörmüz boğazının açılması ilə bağlı müəyyən şərtləri yeddi gün ərzində yerinə yetirməlidir.

CNN-in məlumatına görə, yeddi günlük müddət Vaşinqtonun təklifi qəbul etdiyi gündən sonrakı gün başlayacaq.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki