image-1backend

“Sumqayıt”ın prezidenti hakimlər otağına girdi – Ağır cəzalandı

image-ads-728x90

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Misli Premyer Liqasının XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki