“The Athletic” idman qəzeti tarixin ən yaxşı Dünya Kuboku turnirlərinin reytinqini tərtib edib.
1970-ci ildə Meksikada keçirilən turnir siyahıda birinci yeri tutub.
Turnirin qalibi finalda İtaliyanı 4-1 hesabı ilə məğlub edən Braziliya komandası olub. Həmçinin, bu, əvəzetmələrin tətbiq olunduğu, hakimlərin sarı və qırmızı vərəqələr göstərdiyi, televiziyaların oyunları rəngli translyasiya etdiyi ilk Dünya Kuboku olub.
Reytinqin ikincisi 1982-ci ildə İspaniyada keçirilən Dünya Kuboku seçilib. Finalda İtaliya Almaniya Federativ Respublikasına (AFR) 3:1 hesabı ilə qalib gələrək, dünya çempionu titulunu qazanıb. Bu Dünya Kuboku ilk dəfə 24 komanda ilə keçirilib.
İlk üçlüyü 1986-cı ildə Meksikada keçirilən Dünya Kuboku tamamlayıb. Finalda Argentina və AFR qarşılaşıb. Oyun 3:2 hesabı ilə Argentinanın xeyrinə başa çatıb. Bu turnir Dieqo Maradonanın parlaq çıxışı ilə yadda qalıb.
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku isə siyahıda 10-cu yeri tutub. İspaniya finalda Argentinanı məğlub edərək (1-0) turnirin qalibi olub. Bu turnirdə ilk dəfə 48 komanda iştirak edib.
Tarixin ən yaxşı 10 Dünya Kubokunu təqdim edirik:
1. 1970-ci ildə Meksikada keçirilən Dünya Kuboku. Final: Braziliya – İtaliya (4:1).
2. 1982-ci ildə İspaniyada keçirilən Dünya Kuboku. Final: İtaliya – Almaniya Federativ Respublikası (AFR) (3:1).
3. 1986-cı ildə Meksikada keçirilən Dünya Kuboku. Final: Argentina – AFR (3:2).
4. 1998-ci ildə Fransada keçirilən Dünya Kuboku. Final: Fransa – Braziliya (3:0).
5. 2006-cı ildə Almaniyada keçirilən Dünya Kuboku. Final: İtaliya – Fransa (1:1, 5:3 pen.).
6. 1958-ci ildə İsveçdə keçirilən Dünya Kuboku. Final: Braziliya – İsveç (5:2).
7. 2014-cü ildə Braziliyada keçirilən Dünya Kuboku. Final: Almaniya – Argentina (1:0).
8. 1974-cü ildə AFR-də keçirilən Dünya Kuboku. Final: AFR – Hollandiya (2:1).
9. 2018-ci ildə Rusiyada keçirilən Dünya Kuboku. Final: Fransa – Xorvatiya (4:2).
10. 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku. Final: İspaniya – Argentina (1:0).