Dünən Təbrizin Nəsr küçəsində yarımçıq tikili çöküb. Məlumata görə, hadisə binada beton tökmə işləri aparılan zaman baş verib.
Korrekt.az xəbər verir ki, çökmə nəticəsində 2 işçi ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib.
Ölən və yaralanan şəxslərin kimliyi açıqlanmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.






















