image-1backend

Tokayev: Qazaxıstan superprezidentlik modelindən imtina edib

image-ads-728x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib ki, yeni Konstitusiya layihəsində əksini tapan son illərin siyasi transformasiyaları ölkənin superprezidentlik idarəetmə modelindən qəti şəkildə uzaqlaşdığını nümayiş etdirir.

Korrekt.az xəbər verir ki, prezidentin sözlərinə görə, yeni Konstitusiyada yer alan müddəalar Qazaxıstanın siyasi sisteminin “güclü prezident, nüfuzlu parlament və hesabatlı hökumət” formulu əsasında ardıcıl şəkildə inkişafını təmin edir.

“Son illərdə həyata keçirilən islahatları bütövlükdə nəzərə alsaq, aydın görünür ki, Qazaxıstan superprezident idarəetmə formasına son qoyub və parlamentin real səlahiyyətlərə və təsir imkanlarına malik olduğu prezident respublikasına keçib”, – deyə Tokayev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu dəyişikliklər əsasən yeni dövlət idarəetmə sisteminin formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, islahatlar hakimiyyət qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsinə, yoxlama və tarazlıq mexanizmlərinin gücləndirilməsinə, eləcə də siyasi institutların effektivliyinin və sabitliyinin artırılmasına xidmət edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki