image-1backend

Tramp: ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək

image-ads-728x90

ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.

Korrekt.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth social” sosial şəbəkəsində yazıb.

“İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!”, – o qeyd edib.

O, həmçinin başqa bir paylaşım edib və orada WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.

“WTI markalı neft – 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!”, – Tramp vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki