image-image_750x_69304ab25de0dbackend

Tramp:”Bayden Ukraynaya 350 milyard dollar verib “

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya-Ukrayna müharibəsində artıq maliyyə iştirakını dayandırdığını bəyan edib. Korrekt.az xəbər verir ki, o, bunu federal hökumətin iclasında çıxışı zamanı bildirib.

“Bildiyiniz kimi, xalqımızın həll etməyə çalışdığı Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı böyük problemimiz var. Biz artıq bu müharibədə maliyyə cəhətdən iştirak etmirik”, – Tramp deyib.

Prezidentin sözlərinə görə, bu sahədə onun sələfi Co Bayden 350 milyard dollar mənasız şəkildə Ukraynaya xərcləyib.

Tramp bildirib ki, həmin vəsaitin bir hissəsi nağd pul, digər hissəsi isə silah formasında verilib:
“Biz heç nəyi təmənnasız vermirik. Biz NATO-ya silah tədarük edirik, Avropa ölkələri isə bunun dəyərinin 100 faizini ödəyir. Daha sonra həmin silahları Ukraynaya verirlər və ya necə istəyirlərsə, elə də istifadə edirlər”.

ABŞ Prezidenti əlavə edib ki, hazırda münaqişənin həlli istiqamətində çalışırlar:
“Mən səkkiz müharibəni həll etmişəm, bu isə doqquzuncu olacaq. Xalqımız indi Rusiyadadır ki, vəziyyəti həll etməyə çalışaq, görək nə alınır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki