ABŞ prezidenti Donald Tramp amerikalı fermerlərə 12 milyard dollar maliyyə yardımı ayırıb. Korrekt.az xəbər verir ki, bu barədə Ağ Evdə kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşü zamanı bildirib. O, xüsusi olaraq bildirib ki, bu vəsait digər ölkələrə yüksək idxal tarifləri tətbiq edildikdən sonra ABŞ hökumətinin ixtiyarına verilən pul axınının kiçik bir hissəsidir.
“Biz bu vəsaitləri amerikalı fermerlərə 12 milyard dollar həcmində iqtisadi yardım göstərmək üçün istifadə edəcəyik”, – deyən prezident Tramp, Çin və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələrin hər il aldıqları Amerika kənd təsərrüfatı məhsullarının miqdarını artırmağa razılaşdıqlarını bildirib.





















