NBC-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla uzunmüddətli müharibəyə başlamağın əleyhinədir, lakin zərurət yaranarsa, İslam Respublikasına sürətli və qətiyyətli zərbələr endirməyə icazə verə bilər. Korrekt.az xəbər verir ki, ABŞ prezidenti bunu milli təhlükəsizlik komandasına bildirib.
Lakin Trampın komandası ABŞ-ın bir zərbə ilə “İrandakı hakim rejimi devirəcəyinə” şübhə edir. Eyni zamanda, Ağ Ev ABŞ-ın regionda lazım gələrsə, “təcavüzkar İran əks-hücumuna” qarşı çıxmaq üçün kifayət qədər qüvvəyə malik olduğundan əmin deyil.





















