ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın zamanda başa çatacağını bildirib.
Korrekt.az xəbər verir ki, Tramp Merilend ştatında keçirilən tədbirdə çıxışı zamanı İranla bağlı vəziyyətə toxunaraq münaqişənin necə sona çatacağının hələ müəyyən edilmədiyini deyib.
“Biz bunu bitirməliyik. Yeganə sual bunun necə baş verəcəyidir – yaxşı şəkildə, yoxsa o qədər də yaxşı olmayan şəkildə. Çox tezliklə biləcəksiniz”, – Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, onun qarşılaşdığı əsas problemlərdən biri İranı kimin idarə etdiyinin məlum olmamasıdır.
Trampın açıqlaması İranla bağlı gərginliyin davam etdiyi bir vaxtda səslənib.





















