Korrekt.az Sky News-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer həm Rusiya Prezidenti Vladimir Putinin, həm də ABŞ Prezidenti Donald Trampın enerji qiymətlərinə təsir edən hərəkətlərindən bezdiyini bildirib.
“Putin və ya Trampın hərəkətləri səbəbindən ailələrin enerji xərclərinin qəfil artmasından bezmişəm. Biz bunu həm insanlara, həm də müəssisələrə deyirik ki, sadəcə beynəlxalq bazara bağlı olduğumuzla barışmalıyıq”, – deyə Starmer bildirib.
O, həmçinin vurğulayıb ki, geosiyasi qeyri-sabitlik qarşısında Böyük Britaniya enerjidən müstəqil olmalıdır. Britaniya icra hakimiyyətinin başçısının fikrincə, bunun yeganə yolu bərpa olunan mənbələrə keçidi sürətləndirməkdir.





















