TURAN Qastro Turizm Mərkəzinin müəllim və tələbə heyəti Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Tədbirdə faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub, onların əziz xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Çıxış edənlər Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, bu faciənin xalqımızın yaddaşında silinməz iz buraxdığını bildiriblər.
Qeyd olunub ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və tarixi həqiqətlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasim iştirakçıları Xocalı şəhidlərinin xatirəsinin daim uca tutulacağını və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.





















