Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə keçirdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir deyib.
O, qeyd edib ki, ötən il İstanbulda keçirilən Strateji Kommunikasiya Zirvəsi çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən media sahəsində beynəlxalq əməkdaşlığa dair sənəd imzalanıb: “Əsas məqsəd media və ictimai diplomatiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əlaqələri daha da dərinləşdirməkdir. Vurğulanıb ki, son dövrlər Türkiyə və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq sürətlə genişlənir, media qurumları arasında münasibətlər möhkəmlənir və yeni birgə layihələr həyata keçirilir.
C.İşbilir həmçinin Azərbaycanın milli mətbuatının 150 illik yubileyinin qeyd olunduğu xatırladıb, həm Azərbaycanın, həm də Türkiyənin zəngin mətbuat ənənələrinə malik olduğu bildirib: “Hər iki ölkənin media potensialını bir araya gətirən bu cür layihələrin sayının artırılması mühüm əhəmiyyət daşıyır”.
C.İşbilir sonda media əməkdaşlığının bütün səviyyələrdə – gənc jurnalistlərdən media rəhbərlərinə, müxbirlərdən ictimai diplomatiya nümayəndələrinə qədər daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulayıb.





















