2026-cı il FIFA Dünya Çempionatında iştirak üçün ABŞ-yə səfər edən Türkiyə milli komandası İstanbulda yaddaşlarda qalacaq təntənəli mərasimlə yola salınıb.
Milli komandanın avtobusunu düşərgədən çıxarkən tamamilə yerli istehsal olan TOGG avtomobillərindən ibarət xüsusi karvan müşayiət edib.
İstanbul Hava Limanına qədər davam edən səfər zamanı TOGG karvanı həm yollardakı vətəndaşların böyük marağına səbəb olub.
İstanbulda yaşanan bu qeyri-adi və qürurverici anlar təkcə Türkiyədə deyil, beynəlxalq idman mediasında da diqqət mərkəzinə çevrilib. Dünyanın aparıcı idman nəşrləri və kanalları bu görüntüləri manşetlərinə daşıyıblar.





















