image-1backend

Türkiyə Rusiya qazından imtina edir: Buna görə…

image-ads-728x90

Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiya qazının qiymətinin həddən artıq yüksək olması barədə dolayı mesaj verib. Korrekt.az xəbər verir ki, nazir İstanbulda keçirilən Türkiyə Enerji Sammitində bildirib ki, dövlət enerji şirkəti Botaş “Qazprom”la 21,75 milyard kubmetr təbii qaz tədarükünə dair müqaviləni yalnız bir il müddətinə uzadıb. Bu müqavilənin müddəti dekabr ayında başa çatmışdı.

Bayraktarın sözlərinə görə, qısa müddətli uzadılma Türkiyənin qaz təchizatında yaranacaq riskləri aradan qaldırır. O əlavə edib ki, özəl türk şirkətlərinin “Qazprom”la olan müqavilələri uzunmüddətlidir və bu sahədə əlavə danışıqlara ehtiyac yoxdur.

Nazir həmçinin Botaş-ın müqaviləni yalnız bir illiyə uzatmasının Rusiyadan alınan qazın qiymətindən narazılıqla bağlı olduğunu gizlətməyib. Bayraktar bildirib:

“İdxal və səmərəlilik baxımından elə bir nöqtəyə çatmalıyıq ki, satıcılar Türkiyə bazarına daha rəqabətqabiliyyətli qiymətlər təklif etsinlər.”

Onun sözlərinə görə, hökumət ölkənin təbii qaz bazarını liberallaşdırmağa çalışsa da, hələ ki, istənilən nəticəni əldə etmək mümkün olmayıb. Əsas çətinlik isə qazın ev təsərrüfatlarına ciddi subsidiyalarla verilməsi nəticəsində Botaş-ın böyük itkilərlə üzləşməsidir.

Nazir əlavə edib ki, Türkiyə Rusiya qazından asılılığı azaltmaq üçün ABŞ ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə yeni müqavilələr imzalamağa hazırlaşır. Hazırda Chevron və ExxonMobil ilə danışıqlar davam edir. Ankara, həmçinin təchizat təhlükəsizliyini gücləndirmək məqsədilə xarici ölkələrdə qaz hasilatına investisiya qoymağı da nəzərdən keçirir.

Hazırda Türkiyə “Qazprom”un ən böyük qərb bazarı olaraq qalır. Rusiya qazı ölkəyə “Mavi axın” boru kəməri və “Türk axını”nın ilk xətti vasitəsilə nəql olunur. İkinci xətt isə qaz alışlarını hələ də dayandırmayan Avropa istehlakçıları üçün nəzərdə tutulub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki