image-1backend

Türkiyə yığması DÇ-2026-da yarımfinala necə çıxa bilər? – Ugur yolu

image-ads-728x90

2026-cı il dünya çempionatında Türkiyə millisinin yarımfinala qədər irəliləməsi üçün ən əlverişli ssenari müəyyənləşib. Hesablamalara görə, bunun üçün ilk növbədə Türkiyə öz qrupunu lider başa vurmalıdır. Digər vacib məqam isə H qrupunda İspaniyanın birinci yeri tutmamasıdır.

Bu ssenari reallaşarsa, Türkiyə 1/16 final mərhələsində digər qrupların üçüncü pilləsində qərarlaşan komandalardan biri ilə qarşılaşacaq. 1/8 finalda isə rəqib kimi ən çətin variantlardan biri Belçika ola bilər. Daha sonra 1/4 finalda Türkiyənin qarşısına Uruqvay və ya Xorvatiya kimi nisbətən orta səviyyəli rəqiblərin çıxacağı ehtimal edilir. Bunun üçün İngiltərə, Portuqaliya və Argentina kimi favoritlərin öz qruplarında lider olmaları vacib şərtlərdən biridir.

Lakin İspaniya H qrupunu lider başa vuracağı halda vəziyyət dəyişə bilər. Belə olan halda, 1/4 final mərhələsində Türkiyə ilə İspaniya arasında qarşılaşma baş tutmaq ehtimalı yaranacaq. Bu isə Türkiyənin yarımfinal yolunda ciddi maneə hesab olunur.

Əgər Türkiyə sürpriz nəticə göstərərək İspaniyanı mübarizədən kənarlaşdıra bilsə, yarımfinalda onu daha güclü rəqiblər gözləyəcək. Bu mərhələdə Almaniya, Fransa və ya Hollandiya ilə qarşılaşma ehtimalı yüksəkdir. Təbii ki, bu komandaların da öz qruplarında birinci yerləri tutmaları nəzərdə tutulur.

Beləliklə, Türkiyənin yarımfinala qədər nisbətən rahat irəliləməsi üçün üç əsas şərt ön plana çıxır:

Türkiyənin öz qrupunda birinci yeri tutması,
İngiltərə, Portuqaliya və Argentinanın qruplarını lider kimi başa vurması,
İspaniyanın H qrupunda birinci olmaması.

Bir başqa ehtimal isə Türkiyənin qrup mərhələsini ikinci pillədə başa vurmasıdır. Bu halda millinin turnirdə yolu xeyli çətinləşəcək. Türkiyə 1/16 finalda Misirlə, 1/8 finalda Argentina ilə, 1/4 finalda isə böyük ehtimalla Portuqaliya ilə qarşılaşmalı olacaq.

Bütün ehtimallar nəzərə alındıqda, ən sərfəli variant Türkiyənin qrup lideri kimi pley-off mərhələsinə yüksəlməsi və İspaniyanın öz qrupunda birinci olmamasıdır. Məhz bu halda Türkiyə yarımfinala qədər dünya futbolunun ən böyük favoritləri ilə üz-üzə gəlmədən irəliləmək şansını qoruya bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki