Türkiyənin Fəthiyə sahillərində göyərtəsində 115 nəfərin olduğu əyləncə qayığı yanıb. Korrekt.az xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.

Uşaqların da daxil olduğu sərnişinlər xilasetmə jiletləri geyinərək dənizə tullanıblar. Sahil mühafizəçiləri və tibb işçiləri hadisə yerindədir və yaxınlıqdakı gəmilər xilasetmə əməliyyatına qoşulub.

Qayığa ciddi ziyan dəyib və batmağa başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.





















