image-1backend

Türkiyədə məktəbə hücumun qarşısı alındı

image-ads-728x90

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonundakı orta məktəblərdən birinə qarşı hücumun qarşısı alınıb.

Bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs məktəbə gələrək özünü valideyn kimi təqdim edib. O, bıçaqla müəllimə hücum etməyə çalışıb: “Bu gün Siverekdəki Dumlupınar Orta Məktəbinə gələrək, şagirdin valideyni olduğunu iddia edən və şübhəli davranış nümayiş etdirən bir şəxs məktəbdə olan polis əməkdaşlarımız tərəfindən tutulub”.

Qeyd edək ki, aprel ayının 14-də Siverek rayonunda Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı insident baş verib. Hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu həyata keçirən şəxs hadisə yerində intihar edib.

Bir gün sonra isə Kahramanmaraşda Ayser Çalık Orta Məktəbinə edilən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 13 nəfər yaralanıb. Hadisəni törədən 14 yaşlı İsa Aras Mersinli də hadisə yerində intihar edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki