image-1backend

Ucarda çaqqal insanlara hücum edib

image-ads-728x90

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

Hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları – 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) caqqal dişləməsi diaqnozu ilə xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə daxil olublar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki