image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

“Ukraynanın Rusiya ərazisinə hücumlarının seçkilərin nəticələrinə təsiri yoxdur” – Politoloq

image-ads-728x90

“Ukraynanın gün ərzində Rusiyanın yanacaq və neftayırma obyektlərinə raket və dronlarla hücum etməsinin arxasında müxtəlif siyasi məqsədlərin dayandığı iddia edilir.” – Bu barədə Korrekt.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Kremlə yaxın siyasi ekspertlər Ukraynanın hücumlarını iki əsas səbəblə izah edirlər.

Onun fikrincə, birinci iddia Kiyevin Rusiyada keçirilən Dövlət Dumasına seçkiləri pozmağa çalışması, ikinci isə Ukraynanın Qərbdən daha çox maliyyə yardımı əldə etmək məqsədi güdməsi ilə bağlıdır.

Arzuman Muradlı qeyd edib ki, Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi onsuz da davam edir:
“Avropa İttifaqı onsuz da Ukraynaya maliyyə yardımını kəsmir. Çünki Brüssel Ukraynanın Rusiyaya məğlub olmasını istəmir”.
Politoloq Dövlət Dumasına keçirilən seçkilərlə bağlı isə hesab edir ki, Ukraynanın Rusiya ərazisinə həyata keçirdiyi hücumların seçkilərin nəticələrinə ciddi təsiri ola bilməz.

“SSRİ diktatoru Stalinin məşhur kəlamı Kreml üçün bu gün də keçərlidir: ‘Vətəndaşların necə səs vermələrinin əhəmiyyəti yoxdur, əsas bu səslərin necə sayılmasıdır’. Yəni Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”, – deyə Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, bu vəziyyət Rusiyada prezident Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə cəmiyyətin müəyyən hissəsində dəstəyin hələ də mövcud olduğunu göstərir.

“Bu, həmin kəsimdir ki, sorğularda milyonlarla insanın ölümünə səbəb olmuş Stalini ‘böyük lider’ adlandırır”, – deyə politoloq əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki