Türkiyənin Beşiktaş klubunun futbolçusu Gabriel Paulista klubu tərk edib. Korrekt.az xəbər verir ki, futbolçu klubu tərk etməsinin səbəbini açıqlayıb.
O, azarkeşlərlə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib:
“Bu, çox çətin bir qərar idi. Bir müddət əvvəl anamın ciddi bir xəstəliyi olduğunu öyrəndik. Müalicə yolları axtarırıq, amma bu, demək olar ki, müalicəsi olmayan bir xəstəlikdir.
Qısa müddət əvvəl anam xəstəxanaya yerləşdirildi. Tələsik şəkildə Braziliyaya getməli oldum. Bədəninin bir tərəfi iflic oldu. Hamımız çox narahat idik. Bu səbəbdən, oyunda əlimdən gələnin ən yaxşısını verə bilmədim. Ailəmdən uzaqda olmaq çox çətindir. Anam uzun müddətdir ki, çox əzab çəkir.”





















