“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi oyanmaq üçün zəngli saatdan istifadə edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Korrekt.az xəbər verir ki, Messi bu barədə “The Touchline”a müsahibəsində bildirib:
“Zəngli saatdan istifadə edirəmmi? Bəli. Adətən saatı səhər saat 7:00-a qururam. Uşaqlarımı məktəbə özüm aparıram. Bundan sonra “İnter Mayami”nin məşqlərinə gedirəm”.
Lionel Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb. Onun “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilə qədərdir.publika.az





















