ABŞ-ın ən yaşlı sakini, 111 yaşlı Luis Kano uzunömürlülüyünün sirrini açıqlayıb.
1914-cü il dekabrın 9-da Kolumbiyada doğulan və on övlad atası olan Kano cəmi üç sadə məsləhət verib.
“Çox içməyin (spirtli içki), yaxşı yatın və siqaret çəkməyin”, – deyə o bildirib.
Kanonun həyat yolu maraqlı hadisələrlə zəngindir:
Hərbi və iş həyatı: Kolumbiya ordusunda xidmət edib, daha sonra avtobus parkını idarə edib.
Ailəsi: 1948-ci ildə Alisiya Ancelo ilə ailə qurub, 1990-cı illərdə isə ailəsi ilə birlikdə ABŞ-a köçüb. Həyat yoldaşı 2004-cü ildə vəfat edib.
Nəsli: Hazırda iki övladı ilə yaşayan uzunömürlünün 11 nəvəsi, 5 nəticəsi və 2 kötücəsi var.
Luis Kano ABŞ-da yeni həyat qurmağı özünün ən böyük nailiyyəti hesab edir. Əvvəllər balıq ovu və təyyarələrlə maraqlanan qoca, indi vaxtının çoxunu pəncərə önündə keçirir, səmada süzən laynerləri izləyir və həyat haqqında düşünür.
Yerli sakinlər arasında əsl məşhur olan Kanonun ad günlərində qonşular avtomobillərlə siqnal verərək onu salamlayır, şəhər meri isə dəfələrlə ona baş çəkərək nailiyyətlərinə görə xüsusi bəyannamə təqdim edib.
Bundan əvvəl isə bir mütəxəssis uzunömürlülüyün əsas sirləri barədə məlumat vermişdi.//Demokrat.az





















