“Qadın Dünyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda qadınlarla iş” qrant layihəsinin icrası uğurla davam edir.
Layihənin əsas məqsədi regionlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması, onların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində iyulun 17-dən etibarən Xankəndi şəhərində qadınlar üçün psixoloji testlər, fərdi və qrup şəklində psixoloji seanslar, eləcə də biznes bacarıqlarının inkişafına yönəlmiş praktiki təlimlərə start verilib. Təlimlərə Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində yaşayan, öz biznesini qurmaq və ya mövcud fəaliyyətini inkişaf etdirmək istəyən qadınlar cəlb olunublar.
Təlim proqramı iştirakçıların həm şəxsi inkişafını, həm də sahibkarlıq potensialını gücləndirməyə hesablanıb. Sessiyalar zamanı qadınlara biznes ideyasının formalaşdırılması və qiymətləndirilməsi, yeni iş imkanlarının müəyyənləşdirilməsi, rəqəmsal bacarıqların artırılması, ailə biznesinin planlaşdırılması, marketinq strategiyalarının hazırlanması, satışın təşkili, bazar araşdırmalarının aparılması, müştəri münasibətlərinin idarə olunması, maliyyə planlaşdırılması və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər təqdim edilir.
Təlimlər psixoloq-həkim Əli Nağıyev, peşəkar təlimçilər Tural İsaqov və Sevinc Ədilova tərəfindən həyata keçirilir. Mütəxəssislər iştirakçılarla həm nəzəri, həm də praktiki məşğələlər apararaq onların şəxsi inkişafı, liderlik keyfiyyətləri, psixoloji dayanıqlığı və sahibkarlıq bacarıqlarının formalaşdırılması istiqamətində bilik və təcrübələrini bölüşürlər.
Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılar üçün yalnız yeni bilik və bacarıqlar əldə etmək deyil, həm də öz biznes ideyalarını təqdim etmək, məhsul və xidmətlərini tanıtmaq, potensial tərəfdaşlarla tanış olmaq, faydalı əlaqələr qurmaq və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar qazanmaq baxımından da mühüm platforma rolunu oynayır.
“Qadın Dünyası” İctimai Birliyi hesab edir ki, regionlarda qadın sahibkarlığının inkişafı yerli iqtisadiyyatın güclənməsinə, ailələrin rifahının yüksəlməsinə və qadınların cəmiyyətin sosial-iqtisadi həyatında daha fəal iştirakına mühüm töhfə verir. Bu baxımdan layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər qadınların bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların öz potensiallarını reallaşdırmalarına və dayanıqlı gəlir mənbələri yaratmalarına dəstək göstərməyi hədəfləyir.