image-img-20260927-wa0104backend

Xankəndidə Zəfər Parkının ziyarəti davam edir- FOTO

image-ads-728x90

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xankəndi şəhərində şəhidlərimizin əziz xatirəsinə salınan Zəfər Parkının ziyarəti davam edir.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səhər saatlarından etibarən dövlət və özəl qurumların nümayəndələri, Qarabağ Universitetinin müəllim, tələbə heyəti, şəhər sakinləri, yerli və xarici turistlər Zəfər Parkına gələrək, şəhidlərin xatirəsini ehtiramla yad edirlər. Ziyarətçilər Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edir, parkda yaradılmış memorial kompleks önünə gül dəstələri düzürlər. Onlar Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirməklə yanaşı, Zəfərin əldə olunmasında onların göstərdiyi misilsiz xidmətləri minnətdarlıqla anırlar. 27 Sentyabr Anım Günü ilə əlaqədar Xankəndi Zəfər Parkını ziyarəti gün ərzində davam edir.

image-img-20260927-wa0105 image-img-20260927-wa0103 image-img-20260927-wa0099 image-img-20260927-wa0101 image-img-20260927-wa0098 image-img-20260927-wa0097 image-img-20260927-wa0104 image-img-20260927-wa0100



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki