Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib.
Korrekt.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.
Nəticədə N.Vahabov hadisə yerində ölüb.
Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.
***
Yol polisi hadisənin görüntülərini yayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən piyada keçidindən velosipedlə keçmək qadağandır. Velosipedlə hərəkət edən şəxslər piyada keçidindən piyada keçməli və velosipedini yeriyərək daşımalıdır.





















