İsrail rəsmiləri Tramp administrasiyasına İran parlamentinin sədri Qalibafın zərərsizləşdirilməsi tələbi ilə təzyiq göstəriblər.
Korrekt.az xəbər verir ki, bu barədə “Ynet” nəşri ABŞ-də baş verən casusluq qalmaqalı nəticəsində şəbəkəyə sızan ABŞ kəşfiyyatının məxfi sənədlərinə istinadən məlumat verir.
Mərkəzi Kəşfiyyat İdarəsi 2026-cı ilin may ayına aid qiymətləndirmə materiallarına əsasən, İsrail rəsmiləri özəl söhbətlərdə Ağ Evi Tehran və Vaşinqton arasındakı pərdəarxası danışıqlarda əsas fiqur olan Qalibafı aradan götürməyə çağırıblar.
İsrail tərəfinin planına görə, yüksək rütbəli məmurun qətli ABŞ-ni İranla hər növ əlaqəni tamamilə kəsməyə məcbur etməli idi.
Yəhudi dövlətində ümid edirdilər ki, bu zərbələrin vuracağı nəhəng iqtisadi ziyan ölkə daxilində genişmiqyaslı xalq etirazlarına təkan verəcək və mövcud İran rejiminin devrilməsinə gətirib çıxaracaq.





















