image-1backend

Yüksək vəzifəyə təyin olunan Zeynal Rəşidli kimdir? – DOSYE

image-ads-728x90

Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Rəşidli Zeynal Elşad oğlu Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Zeynal Rəşidli 24 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2014-cü ildə Bakı şəhəri, Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

2019–2024-cü illər ərzində bir sıra dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin avqust ayından etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda, hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin 14 may 2026-cı il tarixli əmrinə əsasən Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Ailəlidir, bir övladı var./yenisabah/



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki