Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb.
Martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.





















