ABŞ Husilərin mümkün hücumlarının qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanına hava dəstəyi göstərməyəcək.
Korrekt.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Vaşinqton bu qərarını hazırda diqqətini İranla münaqişəyə yönəltməsi ilə izah edib.
Məlumata əsasən, ABŞ-ın Səudiyyə Ərəbistanına hava dəstəyi verməkdən imtina etməsi Yaxın Şərqdə artan hərbi gərginlik fonunda baş verib.





















