İranın dövlət televiziya və radio yayımçısı IRIB-in məlumatına görə, ABŞ ordusu Fars körfəzində üçüncü İran gəmisini vurub.
Korrekt.az xəbər verir ki, daha əvvəl ABŞ-ın Xarq adası yaxınlığında iki İran neft tankerini vurduğu bildirilmişdi.
Bəyanatda deyilir: “Bir neçə dəqiqə əvvəl Amerika qüvvələri Cask sahil sularında başqa bir ticarət gəmisinə zərbə endirib”.
Bundan əvvəl İİKK də ABŞ silahlı qüvvələrinin İran neft boru kəmərlərinə hücumlarını davam etdirəcəyi təqdirdə, İran silahlı qüvvələrinin Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbə endirəcəyini açıqlamışdı.





















