image-22ec001efadfd75e775ec95e149cbeb6backend

ABŞ kəşfiyyatı işçi tapa bilmir – Fahişə müştəriləri və zoofillərə qarşı iş qadağası götürüldü

image-ads-728x90

ABŞ Federal Təhqiqat Bürosu (FBI) yeni əməkdaşların işə qəbulu zamanı tətbiq edilən bəzi meyarları yumşaldıb.

Korrekt.az xəbər verir ki, dəyişikliklər fahişələrin pullu seksual xidmətindən istifadə və heyvanlarla cinsi əlaqə ilə bağlı keçmiş hallara da şamil olunur.

Yeni qaydalara əsasən, əvvəllər bu cür faktların aşkar edilməsi namizədin avtomatik olaraq seçimdən kənarlaşdırılmasına səbəb olduğu halda, indi bəzi hallarda namizədin müraciətinə fərdi qaydada baxıla bilər.

Fahişə xidmətindən istifadə etmiş şəxslərlə bağlı əvvəlki mütləq qadağa aradan qaldırılıb. Bununla belə, namizəd son 10 il ərzində fahişə xidmətindən üç və ya daha çox dəfə istifadə edibsə, yaxud ictimai təhlükəsizlik sahəsində çalışdığı dövrdə belə hal baş veribsə, onun işə qəbulundan imtina edilə bilər.

Daha diqqətçəkən dəyişiklik zoofillərlə və heyvanlara qarşı qəddarlıqla bağlıdır. Yeni meyarlara görə, belə hərəkətlər namizədin 18 yaşı tamam olmamışdan əvvəl baş veribsə, həmin fakt artıq avtomatik şəkildə FBI-da işləməyə maneə sayılmayacaq. Əvvəllər bu cür hallar namizədin seçimdən kənarlaşdırılması üçün əsas idi.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki