image-1backend

ABŞ Kiyevdəki danışıqlardan məmnundur: “Yaxın zamanda şad xəbərlər olacaq”

image-ads-728x90

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Kiyevdə Amerika nümayəndə heyəti ilə Ukrayna rəsmiləri arasında keçirilən danışıqların ilk mərhələsini müsbət qiymətləndirib.

Korrekt.az xəbər verir ki, Vitkoff bildirib ki, görüşlər məzmunlu və əhəmiyyətli olub və ABŞ nümayəndə heyətində nikbinlik yaradıb.

“Bunlar vacib, mənalı danışıqlar idi və bizi ilhamlandırdı”, – deyə o qeyd edib.

Məlumata görə, danışıqların ilk mərhələsindən sonra ABŞ nümayəndələri Kiyevə səfər edən bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə də görüşlər keçirəcəklər.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Kiyevə getməzdən əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki