Amerikanın iki F/A-18F Super Hornet döyüş təyyarəsi Venesuela hava məkanı yaxınlığında uçub.
Korrekt.az xəbər verir ki, bu barədə Flightradar24 aviasiya saytındakı məlumatlardan öyrənirik.
Karib dənizində ABŞ-ın USS Gerald Ford təyyarədaşıyan gəmisindən havaya qalxan döyüş təyyarələri Venesuela ərazisinin dərinliklərinə qədər uzanan Venesuela körfəzinin 12 millik dəniz zonasından təxminən 10-15 kilometr aralıda uzun müddət uçdu.
Bununla belə, təyyarə Venesuelanın hava məkanını pozmayıb.





















