image-1backend

ABŞ və Rusiya ticarət mübadiləsinə başlayır -Uşakovdan sensasion açıqlama

image-ads-728x90

Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya-Amerika danışıqlarında təkcə siyasi nizamlama məsələləri deyil, həm də iqtisadiyyat, o cümlədən mümkün böyük birgə layihələr müzakirə olunub. Korrekt.az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov jurnalistlərə bildirib ki, “baş tutan danışıqlar yalnız Ukrayna böhranının həlli ilə bağlı fikir mübadiləsi ilə məhdudlaşmadı; iqtisadi məsələlər və mümkün böyük qarşılıqlı faydalı Rusiya-Amerika layihələri xeyli ətraflı müzakirə edildi”.

Rusiya Prezidenti Vladimir Putin 5 sentyabrda Kremldə amerikalı danışıqçılar Stiv Vitkov və Cared Kuşner ilə görüşüb. Uşakovun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyə davam ediblər. O, danışıqları konstruktiv və səmimi adlandırıb.

Sentyabrın 6-da Vitkov və Kuşnerin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki