image-1backend

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103 illiyi qeyd edilib – FOTOLAR 

image-ads-728x90

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Zərifə xanım Əliyevanın akademik və ictimai fəaliyyətindən söz açıb. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu, onun elmi araşdırmalarından sonra ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicə edildiyini vurğulayan RİH başçısı bildirib ki, Zərifə xanım əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsin məhəbbətini qazanmışdır. Xalqımızın daima Zərifə xanım Əliyevanı böyük məhəbbət və sevgi ilə andığını vurğulayan RİH başçısı əlavə edib ki, onun şərəfli taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazılıb.
Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycanımızın, o cümlədən dünya tibb elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarının qayğısına qalıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Zərifə xanım Əliyevanın tibb sahəsindəki misilsiz xidmətlərindən danışaraq bildirib ki, akademikin fəaliyyəti nəticəsində ölkəmizdə çoxlu sayda gənc alimlər yetişib. O, Zərifə xanım Əliyevanın ictimai fəaliyyətindən danışaraq qeyd edib ki, o, xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılıb.
Sonra çıxış edən Vətən Müharibəsi şəhidi, leytenant İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Təhminə Vəliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıb.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.

image-img-20260428-wa0137-1 image-img-20260428-wa0141 image-img-20260428-wa0140 image-img-20260428-wa0139 image-img-20260428-wa0138 image-img-20260428-wa0137 image-img-20260428-wa0136 image-img-20260428-wa0135 image-img-20260428-wa0134



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki