ABŞ səfirliyi viza sahiblərinə xəbərdarlıq edib. Bildirilib ki, ABŞ vizasının verilməsi yoxlamaların başa çatması demək deyil və viza alan şəxslərin fəaliyyəti sonradan da izlənilir.
Səfirliyin açıqlamasında qeyd olunub ki, məqsəd viza sahiblərinin ABŞ qanunlarına və immiqrasiya qaydalarına əməl etmələrini təmin etməkdir. Qaydalardan sui-istifadə edən şəxslərin vizaları ləğv edilə bilər.
Bəyanatda vurğulanıb ki, ABŞ hökuməti viza fırıldaqçılığına və qanunsuz immiqrasiyaya qarşı mübarizəni davam etdirəcək.
“Viza fırıldaqçılığı ilə məşğul olan şəxslər gələcəkdə ABŞ vizası almaq hüququndan məhrum ediləcəklər”, – deyə açıqlamada bildirilib.





















