Avropada qazın birja qiymətləri 2 % artaraq, 2022-ci il dekabrın 21-dən bəri ilk dəfə 1 000 kubmetr üçün 1 100 ABŞ dollarından yuxarı qalxıb.
Bunu Londonun ICE birjasının məlumatları təsdiqləyib.
TTF (Niderlandda yerləşən, Avropanın ən böyük paylayıcı mərkəzi) indeksi üzrə noyabr fyuçersləri hərracları 1 101,5 ABŞ dolları (+1,3 %) səviyyəsində açıb. Daha sonra bu göstərici 1 108,7 ABŞ dolları (+2 %) olub.
Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablanmış qiymətinə – 1 000 kubmetr üçün 1 087,3 ABŞ dollarına əsasən göstərilir.





















