Ağdərə rayonun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) iyulun 7-si saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Qeyd olunub ki, pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub. 1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Məlumata görə, hazırda iki pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.





















