image-sergibackend

Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

image-ads-728x90

Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, sərgi avqustun 21-də Milli Azərbaycan Tarixi Muzeyində baş tutacaq.

Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səalhiyyətli səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanovun da iştirakı nəzərdə tutulur.

Sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək. Sərgi avqustun 28-dək davam edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki