image-1backend

Ali dini rəhbərin ən yaxın qohumu HƏBS EDİLDİ: İranda nə baş verir?  

image-ads-728x90

İranın ali dini lideri Müctəba Xameneinin yaxın qohumu, 88 nəfərdən ibarət Ekspertlər Assambleyasının üzvü və İran Hizbullahı təşkilatının rəhbəri Məhəmmədbağır Xərrazi həbs edilib.

Korrekt.az “Tabnak” agentliyinə istinadən xəbər verir ki, Xərrazi bir neçə gün əvvəl Qum şəhərindəki Ruhanilər üzrə Xüsusi Məhkəmənin qərarı əsasında saxlanılıb. Onun “milli təhlükəsizliyə qarşı fəaliyyət”də ittiham olunduğu bildirilir.

Məlumata görə, Xərrazi bundan əvvəl Ruhanilər üzrə Xüsusi Məhkəməyə çağırılıb və daha sonra barəsində cinayət işi başlanıb. Bildirilir ki, iş onun hökumət və ölkədə baş verən son siyasi proseslərlə bağlı verdiyi mübahisəli açıqlamalardan sonra açılıb.

Xərrazinin həbsi ilə bağlı məlumat İranın məhkəmə orqanları tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki