image-1200_0_1738749990-3410backend

Ukrayna Rusiyanın daha bir neft emalı zavodunu VURDU

image-ads-728x90

Rusiyanın Saratov vilayətinə dekabrın 7-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində güclü partlayış səsləri eşidilib və yerli neft emalı zavodunda yanğın baş verib.

Korrekt.az xəbər verir ki, hücum həm Saratov, həm də Engels şəhərlərində qeydə alınıb. Yerli sakinlər gecə yarısı şəhərin mərkəzi və şimal hissələrində bir neçə güclü partlayış səsinin eşidildiyini bildiriblər. Hadisə ilə əlaqədar bölgədə hava hücumu siqnalı verilib və yerli hava limanı müvəqqəti olaraq bağlanıb.

Ukraynayönlü “Exilenova+” Telegram-kanalı mənbələrə istinadən Saratov Neft Emalı Zavodunda (NEZ) yanğının baş verdiyini yazıb. Bu zavod Rusiyanın ən qədim neft emalı müəssisələrindən biri olmaqla yanaşı, benzin, dizel yanacağı, mazut və digər məhsullar istehsal edir. Müəssisə həmçinin Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.

Qeyd edək ki, Saratov NEZ noyabr ayında dəfələrlə dron hücumlarına məruz qalıb. Noyabrın 28-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri zavoda zərbə endirdiyini rəsmən təsdiqləmişdi. Həmin hücum zamanı obyektin ərazisində partlayışlar və yanğın baş vermişdi.

Bundan əvvəl, noyabrın 3-də də zavoda edilən hücum nəticəsində emal kompleksinin yaxınlığında yanğın qeydə alınmışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki