image-1backend

Almaniyada Dunay sahilində iki metrlik anakonda tapılıb

image-ads-728x90

Almaniyanın Aşağı Bavariya bölgəsində, Dunay çayının sahilində uzunluğu iki metrdən çox olan anakonda aşkarlanıb.

DPA agentliyinin məlumatına görə, hadisə Straubing-Bogen rayonunun Kirchroth qəsəbəsi yaxınlığında baş verib. 66 yaşlı qadın gəzinti zamanı günəş altında uzanan iri ilanı görüb və onun bölgədə rast gəlinən yerli ilan növlərinə bənzəmədiyini anlayıb.

“İlan burada adətən gördüyümüz ilanlardan xeyli uzun idi”, — deyə qadın polisə bildirib.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və sürünənlər üzrə mütəxəssis cəlb olunub. Aparılan baxışdan sonra ilanın Cənubi Amerikada yaşayan anakonda olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, heyvanın əvvəllər əsirlikdə saxlanılması ehtimalı yüksəkdir. Anakonda tutularkən ciddi müqavimət göstərməyib.

Bavariyada iri və təhlükəli sürünənlərin saxlanılması ciddi qaydalarla tənzimlənir. Bu cür heyvanların saxlanılması üçün xüsusi icazə və təhlükəsizlik tələblərinin yerinə yetirilməsi tələb olunur.

Anakondalar dünyanın ən iri ilanları sırasında yer alır. Bəzi fərdlərin uzunluğu bir neçə metrə, çəkisi isə 100 kiloqramdan çox ola bilər. Onlar ovlarını güclü bədən halqaları ilə sıxaraq hərəkətsiz vəziyyətə gətirir və daha sonra bütöv şəkildə udurlar.

Anakondalar əsasən quşlar, gəmiricilər, kapibarlar, sürünənlər və digər heyvanlarla qidalanırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki