image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Arzuman Muradlı: “Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin genişlənməsi mühüm addımdır”

image-ads-728x90

“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Bişkekdə keçirilən görüşü iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.” –  bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, görüş zamanı Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələsinin müzakirə olunması diqqətçəkən məqamlardan biridir.

“Görüşdən dərhal sonra Ermənistan rəsmilərinin Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi barədə razılığın əldə olunduğunu açıqlaması diqqət çəkdi. Bu, yaxın gələcəkdə iki ölkə arasında daha geniş ticarət sazişlərinin imzalanmasının mümkünlüyündən xəbər verir. Yayılan məlumatlara görə, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin həcminin 300 milyon dollara çatdırılması nəzərdə tutulur. Bu, kifayət qədər mühüm göstəricidir. Ticarət əlaqələrinin genişləndirilməsi həm Azərbaycan, həm də Ermənistan xalqının maraqlarına cavab verir. Çünki uzun illərdir iki qonşu xalq münaqişə şəraitində yaşayıb. Artıq İrəvanda da tam əmindirlər ki, Azərbaycanla yeni müharibə Ermənistan üçün heç bir müsbət nəticə vəd etmir”, – deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki