Rusiyada ayı turistlərin çadırına hücum edib. Korrekt.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ayı turist çadırına hücum edərək turistlərdən birini qaçırıb. Ayı onu meşəyə apararaq yeyib. Faciəvi hadisə Rusiyanın Altay bölgəsindəki Artıbaş kəndi yaxınlığında baş verib.
Ayı qızın cəsədini götürməyə çalışan xilasedicilərə hücum edib.





















