image-1backend

Azər Xəlilzadə katib təyin edildi

image-ads-728x90

“Azergold” QSC-də korporativ katib vəzifəsinə təyinat olub.

Bu vəzifə Kənan Xəlilzadəyə həvalə olunub.

K.Xəlilzadə eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin Hüquq direktoru təyin edilib.

Qeyd edək ki, K.Xəlilzadə bundan öncə (2025-2026-cı illər) Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin rəhbəri olub. O, 2023-2025-ci illərdə “Azərlotoreya” ASC-də, 2021-2023-cü illərdə isə, “Veysəloğlu Şirkətlər Qrupu”nda müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün deyək ki, “AzerGold” 2016-cı ildə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir. Şirkətin Müşahidə Şurasının sədri Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin sədri isə, Zakir İbrahimovdur. “Azergold”un nizamnamə kapitalı 278 300 000 manatdır.\\plat.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki