“Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə söz sahibi olan, dinamik inkişaf edən qüdrətli bir dövlət kimi nüfuzunu gündən-günə artırır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: “Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və ideoloji işin müasir standartlar səviyyəsində qurulması baxımından mühüm dönəm olmuşdur. Yeni Azərbaycan bu gün Zəfər zirvəsindədir. Hazırda ölkəmiz dünyada sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilib. Bütün bunlar qalib və qüdrətli Azərbaycanın reallığıdır. Bütün bunlar milli dövlətçilik tariximizin şanlı səhifələri olmaqla qürurvericidir”.





















