İslahatçı Gənclər İctimai Birliyi ilə Özbəkistanın Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyinin Öyrənilməsi Dövlət Universiteti (Green University) arasında təhsil və gənclər siyasəti sahəsində birgə əməkdaşlığa dair Memorandum imzalanıb.
Korrekt.az xəbər verir ki, memorandum iki ölkə arasında təhsil, gənclər siyasəti və ekologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsini, birgə layihələrin hazırlanmasını və yeni imkanların yaradılmasını nəzərdə tutur.
Görüş çərçivəsində Green University-nin rektoru, eyni zamanda Özbəkistan Respublikası Ali Məclisinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi Məsələləri üzrə Komitəsinin sədr müavini Baxtiyor Pulatovla Azərbaycan və Özbəkistanda həyata keçirilən dövlət ekologiya siyasəti müzakirə olunub.
Tərəflər, həmçinin iki ölkənin gəncləri üçün qarşılıqlı faydalı layihələrin hazırlanması, yeni imkanların təqdim edilməsi və tələbə mübadiləsinin təşkili məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Memorandumun imzalanması Azərbaycan və Özbəkistan arasında təhsil və gənclər sahəsində əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək.





















